\”Bild\” qəzeti Türkiyə prezidenti Tayyib Ərdoğanın uşaqlarının on milyonlarla dolları aşan sərvətlərinə diqqət çəkib.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qəzet ildə 50 min avro qazancı olan prezident Ərdoğanın uşaqlarının bu qədər sərvəti qeyri-qanuni yolla əldə etdiyini yazır.
Qəzet yazır ki, Ərdoğanın hələ orta məktəbdə oxuyan oğlu Burak ərdoğanın 80 milyon sərvəti var: \”Bilal Ərdoğan isə kriminal aləmlə sıx əlaqələri ilə məşhurdur\”.
Bir ölkənin başçısının övladı haqqında dünyanın nüfuzlu qəzetinin belə yazması əlbəttə ki çox ağrılı mövzudur.
Qeyd edək ki, bu günlərdə dünyanın daha bir nüfuzlu qəzeti olan \”The Guardian\” Türkiyə prezidentinin və yaxınlarının İŞİD terrorçularının Suriyadan, İraqdan daşıdığı neft satışından milyardlarla gəlir əldə etdiyini yazmşıdı. Qəzet İŞİD-ın müsəlman ölkələrində günahsız insanları məhz bu neftə görə qanına boyadığını və körpələrin, qadınların bir sözlə, süçsuzların qanı üzərində qurulan neft gəlirlərinin özünü islam dünyasının cəfakeşi kimi qələmə verən Ərdoğan ailəsinin sərvətinə çevrildiyini də xüsusilə qeyd etmişdi.
İnterpress.azhttps://youtube.com/watch?v=SpEm3sq_Ct0