Turistlərin qayğısına hansı qrumlar qalacaq?- ÖZƏLbackend

Turistlərin qayğısına hansı qrumlar qalacaq?- ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 iyun 2016-cı ildə Azərbaycanda ilk dəfə təşkil olunacaq “Formula 1” Avropa Qran Prisinə bir aya yaxın vaxt qalıb.

Demək olar ki, yarışla bağlı bir çox işlər öz həllini tapıb və ya yekunlaşmaq üzrədir. Bu da o deməkdir ki, yaxın zamanda paytaxt Bakı xeyli sayda əcnəbi qonaqları qəbul edəcək. Həmişə qonaqpərvərliyi ilə sevilən və seçilən Azərbaycan bu dəfə də ənənəsinə sadiq qalacacaq. Belə ki, ölkəyə gələn turistləri həm mətbəximizlə, mədəniyyətimizlə, tarixi yerlərimizlə, sözün əsl mənasında mat qoyacağıq. Hazırlıq işlərindən bəllidir ki, adiyyatı qrumlar turistlərin hər cür qayğısını çəkməyə hazırdır.

Bu barədə İnterpress.az-a danışan Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və \”Formula 1\” Avropa Qran Prisinin Milli Mətbuat katibi Nigar Arpadari bildirir ki, “ Formula-1” Avropa- Qran Pri yarışlarına gələn media nümyəndələri, işçi qrupunun, iştirakçıların qayğısına Bakı Şəhər Halqası Əməliyyat Şirkəti qalacaq:
“\”Formula-1” Avropa- Qran-Pri yarışları ilə əlaqədar olaraq ölkəyə təşrif buyuran qonaqlar, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə aid olan prosseslərdə iştirak edəcəklər. Biz onları qarşılayacağıq, yerləşməsi aqlanması ilə məşğul olacağıq. Digər məsələrdə isə Mədəniyyət və Turizm Nazirliyinin bəlli bir proqramı olacaq”.

Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə bildirir ki, “Formula-1” Avropa- Qran Pri yarışlarında ölkəmizə çox saylı turistlərin gəlməsi ilə əlaqədar olaraq nazirlik Turizm Assosiyaları, turizm şirkətləri ilə turistlərə əlavə xidmətlərin göstərməsi üçün müvafiq danışıqlar aparır:

“Yarışla əlaqədar şəhər turu üçün 6 ədəd yeni tur avtobusları alınıb. Bu avtobusların 3 ədədi orta digər 3-ü isə iri tutumludur. İri tutumlu avtobuslar 2-3 saat şəhər ərazisinə turlar təşkil edəcək.

Digər avtobuslar isə şəhərdən kənarda yerləşən tarixi yerlərə, qoruqlara turlar təşkil etməsi nəzərdə tutulub. Bundan əlavə, nazirliyin hər ay nəşr etdiyi “Baku Guide” bələdçi katoloqu xüsusi olaraq “Formula –1” yarışlarına həsr olunacaq. İyun ayı üçün nəzərdə tutulan Bakı şəhərinin mədəniyyət proqramı katoloqda xüsusi olaraq qeyd olunacaq. Dörd teatrda nümayiş olunacaq tamaşalar, həmçinin Nizami Kino Mərkəzində turistlər üçün göstəriləcək filmlər ingils dilində alt yazı ilə təqdim olunacaq”.

Gülşanə Mustafayeva
İnterpress.az