İnterpress.az xəbər verir ki, güclü sel suları çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinin həyətlərinə dolub.
Evlərin bəziləri qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər evlərini tərk ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırda suyun istiqaməti dəyişdirilib və yaşayış evlərinin həyətlərinə dolan su xüsusi qurğularla təmizlənir.
İnterpress.az