Qarabağ görüşü ilə bağlı sensasion STENOQRAMbackend

Qarabağ görüşü ilə bağlı sensasion STENOQRAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Departamentinin saytı xəbər verir ki, prezidentlərin görüşündən əvvəl Dövlət Departamentinin iki yüksək vəzifəli rəsmisi məhdud sayda jurnalistin iştirakı ilə qapalı brifinq keçirib. Əvvəlcədən xəbərdarlıq edilib ki, həmin yüksək vəzifəli diplomatların kimlikləri açıqlanmayacaq. Bu səbəbdən stenoqramda həmin diplomatlar“Yüksək rütbəli Dövlət Departamenti rəsmisi-1” və “Yüksək rütbəli Dövlət Departamenti rəsmisi-2” adlandırılır.

Dövlət katibi Con Kerrini Vyanada danışıqlarında müşaiyət edən nümayəndə heyətinin tərkibinə daxil olan həmin diplomatlar münaqişə və onun nizamlanması imkanları barədə xeyli açıq danışıblar, sensasion hesab edilə biləcək bir sıra açıqlamalar veriblər.

İnterpress.az virtualaz.org-a istinadla stenoqramın ingilis dilindən qısa ixtisarlarla tərcüməsini oxuculara təqdim edir.

Mətndə həmin diplomatlar şərti olaraq “Diplomat-1” və “Diplomat-2” adlandırılacaq.

Aparıcı: Yaxşı, uşaqlar, artıq söz işlətmədən deyim ki, sizin qarşısınızda Dövlət Departamentinin iki yüksək rütbəli vəzifəli şəxsi dayanıb. Onlar Dağlıq Qarabğ münaqişəsinə dair bu gün keçiriləcək görüşdən əvvəl münaqişənin tarixçəsinə və indiki danışıqlardan əvvəlki proseslərə dair bəzi məlumatlar verəcək. Onların kimlikləri açıqlanmayacaq, şərti olaraq biz “Yüksək vəzifəli Departament rəsmisi-1” və “Yüksək vəzifəli Departament rəsmisi-2” adları ilə kifayətlənəcəyik.

Diplomat-1: Doğrudur

Aparıcı: Sizin dəqiq adınız necədir?

Diplomat-1: Mən …(ad açıqlanmır). Bu günkü görüşdə dövlət katibi Kerri, xarici işlər naziri Lavrov və Avropa işləri üzrə dövlət katibi Harlem Desir iştirak edəcəklər.

Diplomat-2: Fransanın

Diplomat-1: Fransanın. Fransanın və əlbətdə ki, iki prezidentin, prezidentlər Sərkisyan və İlham Əliyevin iştirakı ilə. Bir qədər münaqişənin tarixçəsi barədə. Bu münaqişə 1992-ci ildə başlayıb, 94-cü ilə qədər davam edib. Dağlıq Qarabağ adlanan kiçik əraziyə görə. 94-cü ildən atəşkəs müşahidə olunur. Bəziləri bunu dondurulmuş münaqişə adlandırırlar, ancaq o dondurulmaqdan çox uzaqdır. Xüsusən də son 20 il ərzində təmas xətti boyu və Ermənistanla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri boyu müntəzəm olaraq atışmalar baş verib.

Hər il hər iki tərəfdən onlarla itki olub və bildiyiniz kimi döyüşlər aprelin 2-də kəskin şəkildə alovlanıb, 5-nə qədər davam edib. Bunu 4 günlük müharibə də adlandırırlar, yüzlərlə itki olub, təxminən 350 nəfər, mülki şəxslər də daxil olmaqla…

Aprelin əvvəllərində başlayan bu döyüşlərə görə dövlət katibi Kerri xarici işlər naziri Lavrovla və Fransa xarici işlər naziri Ayro ilə birlikdə qərara aldılar ki, prezidentlərin görüşünü təşkil etməyin, onları bir daha sülh prosesi haqda ciddi danışmağa çağırmağın vaxtıdır. Ona görə də bu gün bir sıra suallar var ki, dövlət katibi Kerri onları prezidentlərlə müzakirə etməyə ümid edir.

Qarabağ görüşü ilə bağlı sensasion STENOQRAM

Onlardan biri atışmalardır ki, aprelin əvvəlindən başlayıb və təmas xətti boyu bu günə qədər davam edir. Biz tərəflərin üzərinə 1994-cü il atəşkəs razılaşmasına sadiq qaldıqlarına dair öhdəlik götürmələrini görmək istərdik. Və bu gün axşam imkan olacaq ki, tərəflər atəşkəs razılaşmasına hörmət etdiklərini təsdiqləsinlər.

Biz həmçinin hesab edirik ki, təmas xəttindəki vəziyyəti nəzərə alaraq etimadın möhkəmləndirilməsinə dair bir sıra tədbirlər görülməsi zəruridir. Biz prezidentlərin təmas xətti boyu gərginliyi azaltmaq üçün müəyyən addımlar atmasını gözləyirik.

Və nəhayət biz istəyirik ki, danışıqlar prosesi başlasın. Hər iki tərəf münaqişənin hərtərəfli nizamlanmasına dair danışıqların başlayacağına dair öhdəlik götürməlidir. Hər iki tərəf hesab edir ki, status-kvo dayanıqlı deyil və doğrudan da nizamlanmaya aparan real prosesə başlamaq lazımdır. Beləliklə, dövlət katibi Kerri prezidentlərin yaxın vaxtlarda yenidən görüşüb hərtərəfli nizamlamaya dair danışıqlar aparması üçün təzyiq göstərəcək.

Diplomat-2: Siz ATƏT-in səyləri və indiki vəziyyət barədə bir qədər məlumat vermək istərdiniz?

Diplomat-1: Doğrudur. 94-cü ildə atəşkəsin əldə edilməsindən sonra ATƏT-in qarşısında nizamlamaya dair danışıqlar vəzifəsi qoyulmuşdu. Onlar monitorinq missiyası yaradıblar və indiyə qədər davam edir. Polşa diplomatının başçılıq etdiyi missiyaya 6 müşahidəçi daxildir, onlar təmas xətti boyu və iki ölkə sərhədində işləyirlər. 20 il ərizində Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar gedib. Tərəflər bir neçə dəfə razılaşmaya yaxın olublar, ancaq gördüyünüz kimi onlar indiyə qədər hərtərəfli nizamlamada anlaşa bilməyiblər.

Sual: Deyə bilərsinizmi aprelin əvvəlində bu toqquşmalar niyə başladı?

Diplomat-2: Bunu başa düşmək çətindir ki, bu döyüşlər niyə və necə başladı. Tamamilə aydın olan budur ki, son illərdə tərəflərdən hər biri digərinin möhkəmliyini sınayırdı. Təmas xətti boyu yaşanan ən narahatlıq doğuran hal ağır silahların cəmləşdirilməsidir. Hətta cəmi iki il əvvələ qədər itkilərin əksəriyyəti snayper atəşləri nəticəsində baş verirdi. Əsgər başını səngərdən qaldıran kimi qarşı tərəf atırdı.

Lakin ötən il onlar minomyotları, qumbaraatanları, artilleriyanı işə salmağa başladılar. Ona görə də hər bir tərəf digərini yoxlayır və aydındır ki, bu sınaqlar 94-cü ildən bəri ən şiddətli toqquşmaların alovlanmasına gətirib çıxardı.

Qarabağ görüşü ilə bağlı sensasion STENOQRAM

Sual: Sonuncu dəfə ABŞ nə vaxt həmsədr ölkə kimi təşəbbüsü ələ alıb? Mən Kolin Pauellin Ki-Uestdə təşkil etdiyi görüşü nəzərdə tuturam, onu yada salmaq istəyirəm…

Diplomat-1:Doğrudur, doğrudur.

Diplomat-2: Onda Məttin saçları indkindən daha çox idi.

Sual: xeyli çox idi (gülüşmə)

Diplomat-1: Bilirsiniz, bu o qədər də doğru deyil. Dövlət katibi iki il əvvəl Uelsdəki NATO sammitində prezidentləri görüşdürüb. Beləliklə, prezidentlər Sərkisyan və Əliyev kifayət qədər müntəzəm, ildə bir neçə dəfə görüşüblər, irəliyə doğru aparan yolu tapmaq istəyiblər..

Sual: deməli ABŞ sonuncu dəfə iki il əvvəl təşəbbüs göstərib.

Diplomat-1: Düzdür.

Sual: Sonra bir məsələ də var, siz ruslardan bu işdə nə gözləyirsiniz?

Diplomat-1: Bu sualın cavabı bizim bu gün ruslarla üz-üzə oturmağımızdır. Bu elə məsələdir ki, ruslarla bizim aramızda fikir ayrılığı yoxdur. Biz əslində iki məsələni vurğulayırıq: gərginliyin azaldılması və hərtərəfli nizamlamaya dair prosesin başlaması. Və ruslar da bu iki hədəfin hər ikisini bölüşür.

Sual: Bu günkü görüşdə tərəflərə hansı təklifləriniz olacaq?

Diplomat-1: Bizim bu gün təkliflər üzərində işləmək üçün vaxtımız çatmayacaq, ancaq ortada təkliflər var. Biz onları prinsiplər və elementlər adlandırırıq.

Sual: Təəsüf ki, təkcə prinsiplər, bəs sonra?

Diplomat-1: Prinsiplər və elementlər hərtərəfli nizamlamnın əsasıdır. Və həmin prinsiplər və elementlər uzun müddətdir ki, masa üzərindədir. Beləliklə, biz bu gün tərəflərin həmin prinsiplərin və elementlərin gələcək nizamlamanın əsasını təşkil edəcəyini təsdiqləməsinə dair diskussiyalar aparacğıq.

Sual:Yəni demək istəyirəm ki, siz onların bir-biri ilə danışmaq istəyinə inanırsınız? Çünki bəzi adamlar var ki, onların fikrincə ruslar tərəflərə deyiblər ki, burada olsunlar.

Diplomat-1: Xeyr. Bilirsiniz, bu regionda nə baş verdiyi haqda müxtəlif şeylər eşidə bilərsiniz. Elə azərbaycanlılar var ki, onlar münaqişənin ancaq top lüləsi ilə həll ediləcəyinə inanır. Lakin biz hesab etmirik ki, prezidentlərdən hər hansı biri bunu dəstəkləyir. Onlar balanslaşdırılmış razılaşma istəyirlər. Keçmişdə buna yaxın olublar. Onlar nizamlamanın necə olacağına dair təsəvvürlərində bir-birindən uzaqda deyillər. Bu səbəbdən biz onları bu gün bir araya gətirmişik, istisna deyil ki, onlar mövqeləri daha da yaxınlaşdıra biləcəklər. Bu halda biz hərtərəfli, dayanıqlı nizamlama prosesini görmək istərdik. Hərtərəfli deyəndə bütün məsələlər diqqətə alınmalıdır.

Diplomat-2: Sonuncu dəəf onlar ötən ilin dekabrında görüşmüşdülər, elə deyilmi?

Diplomat-1: Elədir, ancaq həmin görüşdə irəliləyiş əldə olunmadı.

Diplomat-2: Elədir

Diplomat-1: Lakin onların kimyası bir-birləri ilə uzlaşır. Məsələ ondadır ki, apreldə baş verənlərə görə onlar faktiki olaraq buna qayıdacaqlar. Ona görə də biz bu gün sınayacağıq ki, ən yaxşı halda prosesi başladaq.

Diplomat-1: Maraqlısı budur ki, onlar bir-birləri ilə danışa bilirlər. Biz əvvəllər onların arasında təkbətək görüşə vasitəçilik etmişik, ancaq hesab etmirəm ki, bu gün də bunu etmək imkanımız olacaq. Biz ayrı format seçmişik. Əvvəllər biz onlara təkbətək görüş üçün istənilən qədər vaxt ayırmışıq. Masanın üzərinə viski qoymuşuq və problemləri müzakirə etmək imkanı yaratmışıq. Onlar dəqiq bilir ki, nə vaxt nə haqda danışmaq lazımdır. Və dediyim kimi onlar bir-birindən elə də uzaqda deyillər. İndi dövlət katibi Kerri və xarici işlər naziri Lavrvun güclü təkanı ilə ümid edirik ki, biz bu danışıqlarda yol tapa biləcəyik.

Diplomat-2: Bəs fransalı nümayəndə?

Diplomat-1: Hə, bir də fransalı nümayəndə.

Diplomat-1: Biz prezidentlərə təkbətək görüşməyi təklif etməmişik. Ancaq istəsələr bunu etmək üçün onlara heç nə mane olmur. Əgər bu gün bunun mənası olacaqsa.

Sual: Referendumla bağlı məsələ nə yerdədir?

Qarabağ görüşü ilə bağlı sensasion STENOQRAM

Diplomat-1: Bu, həlli tələb olunan məsələlərdən biridir. Biz bunu Dağlıq Qarabağın statusu da adlandırırıq. Və prezidentlər razıdır ki, status Dağlıq Qarabağ əhalisinin öz iradəsini ifadə etməsi yolu ilə müəyyən edilsin. Əlbətdə, ermənilər istərdi ki, referendum mümkün qədər tez olsun. Bizim bu suala cavabımız belədir ki, hərtərəfli nizamlama haqda danışanda referendum oyunda yeganə problem deyil. Biz bütün bu elementlər və prinsiplərin hamısı haqda danışmalıyıq.

Sual: Bəs Dağlıq Qarabağın tanınması?

Diplomat-2: Bu məsələ gündəmdə deyil. Heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağı tanımır. Əgər Ermənistanda müzakirəyə çıxarılan qanun layihəsini nəzərdə tutursunuzsa onu müxalifət təqdim edib və geniş dəstək qazanmayıb.

Diplomat-1: Nizamlama əldə edilmədən Dağlıq Qarabağın tanınmasını Azərbaycan müharibə elan edilməsi kimi qarşılanacaq.

Sual: Necə fikirləşirsiniz, bu görüşdə sülhməramlılar barədə danışılacaq? Mən bilirəm ki, ruslar sülhməramlıların yeridilməsini təklif ediblər və əslində tərəflərdən heç biri bunu istəmir. Bəs indi gücləndirilmiş monitorinq barədə hansı təkliflər var?…

İnterpress.az