Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur.
Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan əlavəyə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
Qeyd edək ki, vətəndaşların qəbulunun \”Vətəndaşların müraciətləri haqqında\” qanunun tələblərinə uyğun olaraq nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məcəlləyə təklif edilən dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub. (modern.az)
İnterpress.az