Yanvarın 12-də Sultan Əhməd meydanında 12 alman vətəndaşının ölümü və 16 nəfərin yaralanması ilə nəticələnən terrorla bağlı istintaq işi yekunlaşıb.
İstanbul Baş Prokurorluğu, İŞİD terror təşkilatının üzvü Nabil Fadlı tərəfindən həyata keçirilən canlı bomba hücumu ilə bağlı 26 şübhəli şəxsə 7 il yarımdan ömürlük həbs cəzasına qədər müxtəlif hökmlər oxuyub. Həmin 26 nəfərdən 18-i hazırda həbsdədir, 2 nəfər isə hüquq-mühafizə orqanlarından gizlənir.
İstintaq nəticəsində Nabil Fadlının Səudiyyə Ərəbistanında doğulduğu, türkmən tayfalarından Al Barak aşirətinə mənsub olduğu, Suriyada baş verə hadisələrdən sonra ailəsi ilə birlikdə Hələbə köçdüyü, İŞİD terror təşkilatına üzv olub çoxlu sayda qarşıdurmalarda iştirak etdiyi aşkara çıxıb. Məlumata görə, bu aktı törədənə qədər, son iki ildə onun adına heç bir cinayətdə rast gəlinməyib.
Təlimatı İŞİD əmiri verib…
İstanbul Baş Prokurorluğu iddianaməsində, Nabil Fadlının terror aktını törətmək əmrini hazırda İraqda yaşayan İŞİD əmiri olan Omar-Əbu Abiddən aldığı bildirilib. Canlı bomba olan Fadlının Türkiyəyə girməsini isə İŞİD-in sərhəd məsələlərində məsul olan üzvləri Mahir Ali Alakkal, Azzo Ali Alakkal və kod adı Omran olan şübhəli şəxslər təmin ediblər. Hadisədə şübhəli bilinən Mahir Ali Alakkal Halil Dərviş adlı başqa bir şübhəliyə Fadlının avtomobil ehtiyat hissələrini almaq üçün Türkiyəyə getdiyini deyib və onun sərhəddən keçməsinə yardımçı olmağı tapşırıb.
Bombalar ağzı tikilmiş çantada Türkiyəyə keçirilib
İddianamədə qeyd olunur ki, Halil Dərviş canlı bomba Nabil Fadlı və Omranı qaçaq yollarla gəldikləri sərhəddə qarşılayaraq “Akçakala”ya aparıb, Omran içində bomba daşınan, ağzı tikilmiş vəziyyətdə olan çantanı Dərvişə təslim edib. Deyib ki, səndə əmanət olaraq qalsın, açma. Sonra bizə göndərərsən.
10-15 gün sonra şübhəli şəxs olan Omran, teleqram vasitəsilə Halil Dərvişə mesaj göndərərək içində bomba olan çantanı “Akçakala”ya aparmasını istəyib. Dərviş də ertəsi gün deyilən yerə gedib və 15 kiloqram ağırlığına olan , içində bomba gəzdirilən çantanı qəhvəyi rəngli dəri palto geyinmiş şəxsə verib.
Canlı bomba hadisə yerində 4 gün müşahidə aparıb
Daha sonra bomba, şübhəlilərdən Fevzi Məhəmməd Əliyə verilib, o da çantanı Şanlıurfadan İstanbula aparıb. Burada bombanı şübhəli Rashed Alqaaqan alıb, Ağsarayda Nabil Fadlıya verib.
Nabil Fadlı hadisə yerində 4 gün müşahidə aparıb və 12 yanvarda Sultanəhməd Meydanında bu partlayışı törədib. Bu terakt 12 alman vətəndaşının ölməsinə və 16 nəfərin də yaralanmasına səbəb olub.
Canlı bombanın və bombanın gətirilməsi 1 aya həyata keçirilib
İddianaməyə görə, təlimatın verilməsi ilə canlı bomba Fadlının və hadisədə istifadə edilən bombanın Türkiyəyə gətirilməsi müddəti bir ay çəkib.
Gizlilik yüksək səviyyədə olub
Hadisənin bütün iştirakçıları gizliliyə yüksək səviyyədə əməl ediblər. Tez-tez mobil telefonlardakı nömrələr dəyişdirilib, telefonda kod adlardan istifadə edilib. Terrorçular arasında ünsiyyət bütünlüklə teleqram, WhatsApp kimi proqramlar üzərindən həyata keçirilib. Əsas təlimatların yazıldığı ismarıclar \”TrueCrypt\” şifrələmə proqramı ilə şifrələnərək göndərilib.
Mesajın içərisində də ayrıca parol tətbiq olunub, təlimatlar idarəçilər tərəfindən fərdi olaraq verilib. Mesajı aldıqdan sonra bütün istifadəçilər həmin telefon nömrələrini qırıb tullayıblar.
İddianamədə qeyd olunub ki, canlı bomba Fadlının müvəqqəti qaldığı Fatih Haseki Sultan Məhəlləsindəki evində aparılan axtarışlarda qırılmış vəziyyətdə olan planşet ələ keçirilib. Orada qısamüddətli görüntülər aşkarlanıb. Fadlının çıxışlarının birində \”Sizlərə cihadı tövsiyə edirəm\” dediyi aydın olub. Bundan başqa evdə Sultanahmet Məscidinin və Ayasofya Məscidinin fotoları da ələ keçirilib.
Cəzalar
Şübhəlilərdən bir qismi ağırlaşdırılmış ömürlük həbs cəzası və 450 ildən 612 ilə qədər dəyişən həbs cəzalarına məhkum ediliblər. Bəziləri silah gəzdirməyə görə, 7.5 ildən 15 ilə qədər həbs cəzası ilə cəzalandırılıb. Partlayıcı maddələri sərhəddən keçirənlərə və gəzdirənlərə isə 6.5 ildən 18 ilədək həbs verilib. (musavat)
İnterpress.az
https://youtube.com/watch?v=iBiB_th2lZI