Bu barədə hüquqşünas Qarik Qalikyan \”Facebook\” səhifəsində yazıb.
Hüquqşünas qeyd edib ki, bu barədə ona dostlarından biri bildirib: \”Dostlarımdan biri mənə bir şey yazdı, söz tapa bilmirəm. Mənim 8 yaşlı övladım öz bufet pulunu əsgərlərə qida göndərmək üçün toplayır. İnsanlarımız var ki, son qəpiyini də əsgərlər üçün sərf edir, amma axırda məlum olur ki, erməni əsgərlər üçün nəzərdə tutulan geyim və konservləşdirilmiş qidalar Polşanın Bielsko Biala şəhərinin mağazalarından birində satılır.
Üzərində məlumatların erməni dilində yazıldığı məhsullar əsgər paltarları ilə birlikdə 500 zlotdu, yəni 160 dollar. Dostum bunu öz gözləri ilə görüb, hətta satıcı dostumdan məhsulların üzərindəki ermənicə yazılanları tərcümə etməsini istəyib. Xahiş edirəm, cavabdeh qurumlar bununla bağlı müvafiq yoxlamalar aparsın”.(apa)
İnterpress.az