Erməni işğalçı qüvvələri Ağdamda salamat qalmış yeganə tikilini-tarixi məscidi hərbi qərargaha çevirib.
Bu haqda Belarus saytının müxbirinin işğal altındakı Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.
Jurnalist Xankəndindən taksi ilə Ağdama tərəf gələndə yolda çoxlu sayda hərbi texnika və əsgərlərlə dolu maşınla rastlaşdığını yazır. Əsgərlər taksidə kimin getdiyinə baxmaq istəyirlər, ancaq Qarabağda hətta sınıq-salxaq maşınların belə şüşələrinə qara plyonka çəkilib. Bu səbədən maşında kimin getdiyini görmək elə də asan deyil. Eləcə də jurnalist maşından ətrafa baxıb harada olduğunu müəyyən edə bilmir, Ağdama çatdıqlarını ancaq dağılmış yollardan başa düşür.
İnterpress.az