Əbu Əli Sina hicamət barədə qeydlərində belə yazır:
\”Kürəyin ortasından (iki çiyin arasından) alınan qan göz qapaqlarının ağırlığını, gözdəki hərarət və qıcıqlanmanı, göz kənarlarındakı iltihabı aradan qaldırır. Ağızdan gələn pis qoxunun qarşısını alır.
Boyunun arxasındakı iki damardan birindən qan almaq başın əsməsinin qarşısını alır, göz, qulaq, burun-boğaz üçün də faydalıdır. Həmçinin çöhrənin açılmasına (üzün aydınlanmasına) kömək edir.
Baldırdan qan almaq qanı filterizə edir və təmizləyir. Qadınlarda amenoreya (menstruasiya periodunun pozulması zamanı qanın xaric olmaması) zamanı qanın açılmasına kömək edir.
Çənənin altından alınan qan dişlər, üz (çöhrə) və boğaz üçün fyalıdır. Burun və ağız boşluğunun təmizlənməsinə də kömək edir.
Bel nahiyyəsindən alınan qan buddakı sızanaqlar və lipomaların (piy toxumasının xoşxassəli şişi), babasil, neqres (oynaq və toxuma xəstəliyi, ağrıları), fil azarı (baldırlarda kişkinlik), sidik kisəsi və uşaqlıqdakı havanın, belin qaşınmasının da qarşısının alınması üçün faydalıdır.
Dizin aşağı hissəsindən alınan qan ayaq və baldırdakı xroniki yaraların və liposarkomaların (bədxassəli şişlərin) qarşısını alır.
Topuqdan alınan qan menstruasiya zamanı normadan çox axan qanınn qarşısını alaraq tənzimləyir, siyatik sinir ağrıları və neqres( oynaq və toxuma ağrıları) üçün də faydalıdır\”.
İnterpress.az