Mayın 25-də gənc fəal Amid Süleymanov yaşadığı mənzildən aparılıb.
Bu barədə məlumatı onun atası Yusif Süleymanov verib. Atasının sözlərinə görə, gecə saatlarından etibarən müxtəlif şəxslər yaşadıqları mənzilə gələrək, başqa-başqa şəxsləri soruşublar, şikayət olduğunu deyiblər: “Deyirdilər, açın qapını, qol çəkdirib gedəcəyik. Üç dəfə 102-yə məlumat verdim. Sonra qapını açdım. Bir nəfər polis, 5-6 nəfər də mülki geyimli şəxs evə doluşdu. Kompüterini, telefonunu götürdülər, evdə axtarış apardılar. Sonra da Amidi götürüb getdilər”.
Yusif Süleymanovun sözlərinə görə, oğlunu hansı səbəbdən apardıqlarını deməyiblər. Yalnız 5-ci polis bölməsinə aparıldığını bildiriblər.
İnterpress.az