Tacikistanın elm və təhsil naziri Nuriddin Səid ölkənin bütün məktəblərində “son zəng”in ləğv olunması barədə qərar verib.
Interpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərara nazir prezident İmaməli Rohmanla məsləhətləşdikdən sonra gedib.
“Bütün ümumtəhsil məktəblərində “Zəngi kamolot” (Son zəng) tədbiri 9 və 11-ci siniflər üçün qadağan olunsun”.
Adətən “son zəng”in qeyd olunduğu 7 iyun bu ildən etibarən adi dərs günü hesab olunacaq və heç bir təntənəli mərasim keçirilməyəcək.
Interpress.az