İnterpress.az -ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə məlumat verib.
A.Əlizadə son illər Akademiyada həyata keçirilən islahatların tələblərinə uyğun olaraq, ictimaiyyətlə əlaqələr istiqamətində siyasətin tamamilə yenidən qurulduğunu bildirib.
Akademik ictimaiyyətlə elmi mühit arasında əlaqənin daha sıx və dinamik təşkili, alimlərin fəaliyyətinin KİV-də təbliği və əldə olunan elmi nailiyyətlərin elmi-populyar dildə çatdırılması məqsədilə \”Azərbaycan Televiziya və Radio Verilişləri\” QSC-də \”Elm və İnnovasiya\” proqramının təsis edilməsi zərurətindən danışıb.
Rəyasət Heyəti biliklər iqtisadiyyatı şəraitində innovativ layihələrin müzakirəsi, tətbiqi perspektivləri, müxtəlif elm və texnologiya sahəsindəki yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağı artırmaq məqsədilə \”Azərbaycan Televiziya və Radio Verilişləri\” QSC-də \”Elm və innovasiya\” verilişinin təşkili ilə bağlı müvafiq qərar qəbul edib.
İnterpress.az –