Abbas Lisani azadlıqdabackend

Abbas Lisani azadlıqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Abbas Lisaninin bir illik həbs cəzası əslində mayın 18-də başa çatmışdı. Lakin heç bir əsas göstərilmədən azərbaycanlı fəal barəsində yeni məhkəmə qərarı çıxarılaraq həbs müddəti uzadılmışdı. Buna etiraz olaraq Abbas Lisani və digər həbsdə olan tanınmış milli-mədəni fəallar, o cümlədən Ayət (Yürüş) Mehrəlibəyli, Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi, Murtaza Muradpur, Lətif Həsəni mayın 19-dan aclıq aksiyasına başlamışdılar.

Abbas Lisaninin həbs müddətinin uzadılmasına etiraz olaraq Güney Azərbaycanın bir çox şəhərlərində milli fəallar divarlara “Abbas Lisani azad olsun”, “Biz hamımız Abbas Lisaniyik”, “Azərbaycan siyasi məhbusları azad olunsun”, “Azərbaycan var olsun, Abbas Lisani azad olsun”, “Rəhbərimiz Abbas Lisani” və s. şüarlar yazmışdılar. Bir illik həbs və 6 günlük aclıq aksiyasından sonra Abbas Lisaninin azadlığa buraxılması soydaşlarımız tərəfindən böyük sevinc və coşğu ilə qarşılanıb.

Xatırladaq ki, Abbas Lisani 2011-ci ildə Urmiya gölünün ekoloji durumu ilə bağlı Ərdəbildə keçirilən etirazlardan sonra saxlanılmışdı. Ötən ilin may ayında milli-mədəni fəala bir il həbs cəzası verilmişdi.

Qeyd edək ki, Abbas Lisani vaxtilə hüquq müdafiə üzrə nüfuzlu “Amnesty İnternational” kampaniya təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb. Abbas Lisani milli fəallığına görə dəfələrlə həbs olunub. ( musavat.com )

İnterpress.az