Bu haqda \”Anadolu\” agentliyi xəbər yayıb.
Məlumata görə, Türkiyənin cənub şərqindəki Mardin vilayətində jandarm postunun yaxınlığındakı avtiomobildə quraşdırılmış bombanın partlaması nəticəsində ən azı 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Həlak olanlardan biri hərbçi, iki nəfəri isə mühafizəçidir. Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.
Qeyd edək ki, Mardin vilayətində PKK terrorçularına qarşı əməliyyatlar keçirilir. ( report.az )
İnterpress.az