Ötən həftə Xovan qəbirstanlığında yüzlərlə miqrantın iştirakı ilə baş verən davadan sonra Moskva polisi meqapolisdəki etnik qruplaşmalara qarşı tədbirləri sərtləşdirməyi planlaşdırır.
Xüsusən Moskva dairəvi yolunda (MKAD) və Lublino rayonunda yerləşən bazarlarda gərginliyin hökm sürdüyü və miqrantların hər an iğtişaşa törədə biləcəyi bildirilir.
Hüquq-mühafizə orqanlarındakı mənbələdən biri isə miqrantların onlardan muzd alan reketlərin sayının çoxalmasından narazı qaldığını yazır.
“Söhbət yüzlərlə deyil, minlərlə miqrantdan gedir. Onlar hər an əllərinə armatur və dəyənək alaraq üsyan edə bilərlər”- deyə yüksək rütbəli polis zabiti deyib.
Mayın 14-də Moskvanın Xovan qəbiristanlığında baş verən kütləvi dava zamanı 3 nəfər ölmüş, 29 nəfər isə xəsarət almışdı.(modern.az)
İnterpress.az