“Azərbaycan qoşunları Azərbaycana məxsus yüksəklikləri Ermənistanın təcavüzkar işğalçı qoşunlarından azad ediblər. Ona görə də Azərbaycan qoşunları azad etdiyi əraziləri geri qaytarmayacaq”.
Bu sözləri saytına açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova söyləyib.
Vitse-spiker Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycan tərəfinin 800 hektar ərazini qaytarmaq məsələsini danışıqlar predmeti hesab etməsinə münasibət bildirib.
Vitse-spiker deyib ki, belə bir məsələ mümkün ola bilməz:
“Azərbaycanın işğaldan azad etdiyi ərazilərini qəti şəkildə geri qaytarmaq niyyəti yoxdur. Bu günkü reallıq nədirsə və biz aprel ayının 5-də hansı şərtlər daxilində razılığa gəlmişiksə o razılaşmanı həm Azərbaycan və həmdə Ermənistan qorumalıdır.
Ermənistan tərəfi əgər 800 hektar ərazini geri qaytarmağı tələb edirsə və kimlərsə buna dəstək vermək istəsə o zaman biz bütün məsələlərin lap sıfır variantına qayıtmaq şərtini irəli sürəcəyik.
Bu da Ermənistan qoşunlarının Azərbaycan sərhədlərinin kənarında olmasını və Azərbaycanın öz torpaqlarına tam nəzarət etməsini şərtləndirir.
Seyran Ohanyan və Serj Sarkisyan başda olmaqla erməni hərbi-siyasi rəhbərliyi buyurub yaxşı-yaxşı düşünsünlər və indiki şərtlərə əməl etsinlər”.
Bahar Muradova qeyd edib ki, Seyran Ohanyanın bəyanatı onun şirin yuxularının təsirindən doğur.
(Modern)
İnterpress.az