Şeyx dindarları Qarabağ uğrunda səfərbər olmağa çağırıbbackend

Şeyx dindarları Qarabağ uğrunda səfərbər olmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə Şeyxülislam bildirib ki, dindarlar da vətən uğrunda özlərini əsgər yerində görməlidirlər, çünki dində Vətəni qorumaq imandandır.

Şeyxülislam İran-İraq müharibəsini misal gətirərək deyib ki o vaxt səngərdə ön cərgədə döyüşən başı əmmaməli dindarlar olub: “Başlarında əmmamə, əllərində avtomat vuruşurdular. Niyə? Çünki Vətən uğrunda döyüşmək imandır. İndi biz də niyə səngərdə olmamalıyıq?! Mən demirəm ki, bu saat əlimə silah alıb səngərə gedirəm. Əlbəttə ki, Ali Baş Komandan müharibə əmri verən kimi gedəcəyik. Amma hazırda ən azı hər bir minbər biz dindarlar üçün səngər olmalıdır. Bunu dərk etməliyik. Moizələrimizdə özümüzü əsgər kimi hiss etməliyik. Biz Vətənimizi işğaldan azad etməliyik və edəcəyik”.(apa)

İnterpresa.az