Şeyx: Sünni və şiələr eyni gündə bayram namazı qılacaqbackend

Şeyx: Sünni və şiələr eyni gündə bayram namazı qılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şeyxülislam QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, idarənin vahid təqvimi var. Bu, rəsədxana ilə birgə hazırlanıb, hamı eyni təqvimdən istifadə etməli, ayrı-seçkiliyə yol verilməməlidir.

Allahşükür Paşazadə qeyd edib ki, bəzi qüvvələr kənardan düzgün olmayan təqvimlər gətirir: “Bu, təxribatdır, bütün dindarlar diqqətli olmalıdır, bu istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməlidir”.

QMİ sədri bildirib ki, bəzi qüvvələr Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaratmağa, sabitliyi pozmağa çalışır: “Bunlara imkan vermək olmaz. Məsələn, iyulun 6-sı bayramdırsa, bütün sünni və şiələr eyni gündə bayram namazı qılacaqlar. Başqa cür ola bilməz”.

A. Paşazadə deyib ki, Ramazan ayında oxunan moizələrdə dini məsələlərlə yanaşı, vətənpərvərlik də təbliğ olunmalıdır.(apa)

İnterpress.az