İnterpress.az-ın verdiyi xəbərə görə, Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Dilavər Əzimli Bakının yerlə -yeksan edildiyini qeyd edib:
\”Bu gün Bakı şəhərində aparılan tikintilər bizim tariximizi yerlə yeksan edir. Hesab edirik ki, bunu bilə-bilə edirlər. Bir zamanlar İşərişəhərə girişdilər. Oranı elə günə qoyublar ki, tanınmır. Əgər Avropa dövlətləri haray-həşir salmasaydılar axırına çıxacaqdılar.
İndi də \”Sovetski\”dəki tarixi abidələr sökdülər. Hələ nə qədərini sökəcəklər. Bunlara tarix lazım deyildir. Bunlar postmodernist insanlardır. Bunlar multikulturalizm fəslsəfəsindən qaynaqlanaraq öz tarixi köklərinə balta vuranlardır. Bizim xəbərimiz yox imiş, sən demə Nizami də, Füzuli də multikulturalist olmuşdur. Bu gün sabah deyəcəklər ki, Dədə Qorqud da mültikulturalist olub. Bakını nə günə qoydular? Adam nəfəs ala bilmir. Şəhərdə adamı tər basır. Binaları sğkürsünüz, heç olmasa tarixi abidələrə dəyməyin. Mədəniyyət və turizm nazirliyi hara baxır? Onlar bu xalqa məlumat versinllər ki, 20 il bundan qabaq Bakıda nə qədər tarixi abidlər var idi? İndi nə qədərdir? Yəqin ki, verə bilməyəcəklər. Çünki onlar da günahkardırlar. Elə biz də günahkarıq.
Çünki tarixdən yadigar qalan bu abidələrin sökülməsinə soyuqqanlıqla tamaşa etdik. Vəzifə üstündə bir-birini qıran zıyalılar səsiniz niyə çıxmır? Çünki siz ziyalıdan çox məmura çevrilmisiniz! Heyif səndən, qədim Bakı!!!!\”
Tarixçi alim Dilavər Əzimli
İnterpress.az
https://youtube.com/watch?v=XP-jjGRSV34