Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov bildirib ki, Azərbaycan dövlətinin özünü qoruması üçün 200, 300, 500 km-ə qədər mənzilli operativ-taktiki raketləri olmalıdır.
\”Rəsmi məlumatlara görə, uzaqmənzilli operativ-taktiki raketlər Azərbaycanın quru qoşunlarında mövcuddur. Bu texnika 70 kilometr məsafədə olan obyektləri dəqiqliklə vura bilir. Həmçinin məlumatlar var ki, Azərbaycan İsrailin yüksək dəqiqliyə taktiki raketlərini alıb. Bu texnikanın maksimal məsafəsi isə 150 kilometrdir. Azərbaycanlı generalın bu çıxışı onu deməyə əsas verir ki, Azərbaycan yeni uzaqmənszilli operativ-taktiki raketlər əldə edib\”, – deyə hərbi ekspert İvan Konovalov qeyd edib.
Ekspert iddia edir ki, Azərbaycan Pakistanın istehsalı olan \”Xatf-4\” ballistik raketlərini əldə edib.
Xatf-4\” ballistik raketləri
Rus hərbi ekspert həmçinin, Azərbaycanın Koreya Xalq Demokratik Respublikasından da \”OTRK\” hərbi texnikasını alacağını güman edir. Belə bir saziş regionda əhəmiyyətli dərəcədə vəziyyəti dəyişdirməyəcək. Bununla belə, vəziyyətin neqativ inkişafı halında Azərbaycan arxa obyektlərə zərbə üçün komplekslərdən tətbiq edə bilər. Bunun üçün xüsusilə, ABŞ və Türkiyənin dəstəyi lazım olacaq.
Azərbaycan OTRK-nı Çin, Pakistan və NATO ölkələrindən rahatlıqla ala bilər. Azərbaycan raketlərdən istifadə edərsə, Rusiya öz müttəfiqini qorumağa məcbur olacaq. Rusiya Ermənistana dəstək məqsədi ilə \”İskəndər-M\” raketlərini Qarabağa göndərəcək. Bununla yanaşı, Rusiya Gümrüdə 102-ci hərbi bazanı gücləndirəcək. Rusiya bununla guya regionda güc balansı yaratmaq istəyir. (baku.Ws)
İnterpress.az