İnterpress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım yeni hökumətin qarşısına qoyduğu hədəflərin yeni konstitusiya ilə prezident üsul idarəsi, terrorla mübarizə, “paralel dövlət”lə mübarizə və iqtisadiyyatın canlandırılması olduğunu açıqlayıb.
Yıldırım həmçinin başlayan yeni periodda görüləcək işlərin məşvərət və qarşılıqlı anlaşma çərçivəsində görüləcəyini vurğulayaraq sözlərinə belə davam edib:
\”Prezidentimiz bu heyətin və hərəkatın lideridir. Bu mövzuda heç bir fikir ayrılığı ola bilməz. Biz də onun komandasıyıq. Bütün işlər və proseslər prezident ilə məsləhətləşərək həyata keçirilir.\”
İnterpress.az