Müxalifət partiyalarına ünvanlanan  tənqid cavabsız qalmadıbackend

Müxalifət partiyalarına ünvanlanan tənqid cavabsız qalmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

S.Novruzov müxalifət partiyalarından YAP-ın iqtisadiyyat, səhiyyə, sosial, elm, təhsil, idman və digər sahələr üzrə komissiyalarına hər hansı təklif daxil olmayıb. Onlara müxtəlif sahələrdə faydalı təşəbbüslərlə çıxış etmək üçün böyük potensial lazımdır. Bu cür potensial isə müxalifət partiyalarının heç birində yoxdur. Müxalifət partiyalarında müxtəlif sahələr üzrə kadr potensialı olmadığına görə, hansısa təkliflərlə çıxış edə bilmirlər” deyib.

Bəzi müxalifət partiyaları Siyavuş Novruzovun tənqidinə cavab verib.

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hakim partiyanın hər zaman açıq debatlardan qaçdığını və seçkiləri qanunsuz yolla qazandığını bildirib. Partiya sədri Siyavuş Novruzovu və hakim partiyanı televiziyada açıq debata dəvət edib:

“Əgər Siyavuş Novruzov düşünürsə ki, müxalifətin təkliflər vermək imkanı, kadr potensialı yoxdur, buyursunlar televiziyada bütün xalqın gözü qarşısında müxalifətin gücsüzlüyünü sübut etsinlər. Onların xalqın qarşısında açıq debatlardan qaçması, bütün problemləri müxalifətin üzərinə atmaları, seçkiləri saxtalaşdırmaları göstərir ki, əksinə, müxalifətin daha böyük potensialı olduğuna və xalqın dəstəyini qazandığına görə qeyri-qanunu yollarla bizə qarşı mübarizə aparırlar”.

Sərdar Cəlaloğlu dəfələrlə dövlət qurumlarına müxtəlif təklif və layihələr təqdim etdiklərini, lakin bunların cavabsız qaldığını söyləyib:

“Siyavuş Novruzov yalan danışır. Biz dəfələrlə Prezident Administrasiyasına, Nazirlər Kabinetinə məktublar göndərərək, müxalifətin komitələrdə təmsil olunması üçün müraciətlər etmişik. Milli Məclisin komitələrinə, əfv və digər ictimai nəzarəti həyata keçirən qurumlara rəsmi müraciətlər göndərməyimizə baxmayaraq, bizə heç bir cavab verməyiblər. Görünür Siyavuş Novruzovun bu məsələlərdən xəbəri yoxdur. Ona görə də belə danışmır”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Siyavuş Novruzovu bu illər ərzində YAP-ın hazırladığı layihələri ortaya çıxartmağa çağırıb:

“YAP yarandığı gündən bu günə qədər hansı sənədi, yaxud layihəni hazırlayıb?.. Əgər hansısa sənəd, yaxud layihə varsa, Siyavuş Novruzov çıxartsın ortaya və biz də görək. Daha sonra Müsavat Partiyasının 2000-ci ildə partiyadaxili komissiyalarda hazırlanmış sənəd və layihələri ortaya qoyaq və YAP-ın işləri ilə müqayisə edək .Görək Siyavuş Novruzov, yoxsa Müsavat Partiyası düz deyir”.

Müsavat təmsilçisi onların bütün sahələrdə xüsusi kadrlarını olduğunu deyib:

“Müsavatda bu gün bütün sahələrdə – ölkəni idarə etməkdən tutmuş Qarabağı azad etməyə qədər xüsusi hazırlıqlı kadr və mütəxəssislərimiz var. Biz bunu ilk dəfə 1918-ci ildə, 2-ci dəfə 1992-ci ildə sübut etmişik və 3-cü dəfə də bu yaxınlarda sübut edəcəyik”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu YAP-ın digər siyasi partiyalar kimi adi təşkilat olduğunu və onlara heç bir təklif verməyəcəklərini deyib:

“YAP kimdir ki, biz onların daxili komissiyalarına hansısa təkliflər verək? Deyəsən hakim partiya olduqlarına görə, adları qulaqların dəyib. YAP da digər siyasi partiyalar kimi sıradan bir təşkilatdır. Biz niyə onlara müraciət etməliyik ki? Biz onlara heç bir təklif verməyəcəyik. Onların kadr potensiallarını bu illər ərzində görə-görə gəlirik”. (Modern)
İnterpress.az