İnterpress.az “News.am”a istinadən verdiyi məlumata görə, ilkin versiyaya əsasən əsgər Akop Gevorkyanla Q. Kosoqoblyan arasında mübahisə düşüb. Q. Kosoqoblyan əsgər yoldaşına kəsici-deşici alətlə zərbə endirib. Yaralı əsgəri “Mehri” tibb məntəqəsinə çatdırmaq istəsələr də, o, yolda ölüb.
Faktla bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxs saxlanılıb.
İnterpress.az