Avtobuslar üçün ayrıca zolaqlar yaradılacaqbackend

Avtobuslar üçün ayrıca zolaqlar yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın verdiyi məlumata görə, paytaxtda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.

Bakı Nəqliyyat Agentliyi tərəfindən Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi və həmin yolda tıxacın qarşısının alınması məqsədilə avtobusların Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən prospektin ikinci yoluna daxil olmasını tənzimləyəcək layihə üzrə görülən işlər yekunlaşmaq üzərədir. Artıq mövcud dayanacaqların yeri alternativ köməkçi yola dəyişdirilib.

Məlumat üçün qeyd edək ki, Azadlıq prospektinə günün pik saatlarında 1455 avtonəqliyyat vasitəsilə yüklənirdi. İndi isə həmin avtonəqliyyatın içindən avtobuslar çıxarılaraq köməkçi yola keçiriləcək.

Həmin istiqamətdə 5 dayanacağın yeri sürüşdürülüb köməkçi yola keçiriləcək. (Admiral)

İnterpress.az