Mənim 18 yaşımın  olduğunu deyən qələt edirbackend

Mənim 18 yaşımın olduğunu deyən qələt edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin 32 yaşlı ingilis dili müəlliməsi Əminə Məmmədzadənin şagirdi Cəlil bəylə ailə həyatı qurması xəbəri böyük rezonans doğurub.

Sosial şəbəkələrdə müzakirə olunan Əminə-Cəlil cütlüyünün bu addımı maraqla qarşılansa da, onları qınayanlar da olub, tərəflərini saxlayıb, dəstək olanlar da…

Cəlil bəy bütün bu söz-söhbətlərə BiG.AZ-a verdiyi özəl açıqlaması zamanı son qoyub. Cəlil bəy açıqlamasında bildirib ki, bütün bu xəbərlərin yayılmasında, məsələnin bu qədər qabardılmasında əsas səbəbkar onun qaynanası olub:

\”Qaynanamın psixoloji problemləri var. O razı deyildi ki, biz evlənək. Bu söhbətləri də o yayıb. Biz bir-birimizi sevirik və xoşbəxtik. Əminə mənim müəlliməm olmayıb. Sadəcə mən məktəb tərəfdə qalıram, onu gördüm xoşuma gəldi. İlk sevgi etirafını özüm etmişəm. Boş-boş danışanları da məhkəməyə verəcəyəm. Heç kim bilib-bilmədən danışmasın, ayıbdır. Biz seçim etmişik xoşbəxtik. Kim ki, deyir mənim 18 yaşım var qələt edir. Mənim 23 yaşım var. Biz heç kimin şəxsi həyatına müdaxilə etməmişik, seçimimizi etmişik və ayıb iş də görməmişik. Mən öz sevgimi qızın atasına və anasına sübut etdim. Sevginin yaşı olmur. Mən vaxtilə qaydasız döyüşlə məşğul olmuşam. Erməni döyüb, Azərbaycan bayrağını qaldıranda heç bu qədər məni məşhur etməmişdilər. Mənim başımda travma var. Əsəbiyəm\”. (Big)

İnterpress.az