YAP-çı deputatdan reaksiyabackend

YAP-çı deputatdan reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

90 saylı Ağdaş seçki dairəsində təkrar parlament seçkilərində namizədliyini irəli sürən Ümid Partiyasının sədri İqbal Ağazadə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən onun təbliğatına qarşı çıxanların olduğunu bildirib

Partiya sədri saytımıza açıqlamasında Ağdaşdakı təşviqat kampaniyasına YAP tərəfindən müdaxilə olduğunu deyib.

Redaksiya YAP-çı deputat Aydın Mirzəzadədən bu ittihamlara aydınlıq gətirməsini istəyib. Aydın Mirzəzadə bildirib ki, İqbal Ağazadə özünün proqramını irəli sürmək, seçiləcəyi təqdirdə görüləcəyi işlər barədə danışmaq əvəzinə bütün diqqəti başqa məsələyə yönəldir: “Təəssüf ki, o kampaniyasını ona qarşı olan təqiblər üzərində qurmağa çalışır. Özünün bir yazıq, döyülən, əzilən bir obrazı yaratmağa çalışır. Siyasətçi öz proqramını irəli sürməlidir və görəcəyi işləri ilə seçiciləri məlumatlandırmalıdır. İqbal Ağazadə Ağdaş seçki dairəsində seçki prosesinə qoşulduğu vaxtdan indiyə qədər bütün informasiyaları güya ona qarşı təqiblərnən bağlıdır. Mən bildirmək istəyirəm ki, İqbal Ağazadə YAP üçün hər hansı ciddi bir rəqib deyil. YAP-ın 90 saylı Ağdaş seçki dairəsində irəli sürdüyümüz namizəd partiyanın Ağdaş Rayon təşkilatının sədri Cavid Osmanov kifayət qədər təcrübəli, rayonda tanınan, partiya təşkilatından nüfüzünü qaldırmasında xidməti olan bir şəxsdir. Onun seçiləcəyinə biz əminik. Onun təbliğatı da seçki məcəlləsinə uyğun olaraq aparılır. Nə İqbal Ağazadəni nədə digər rəqibləri biz öz namizədimizə ciddi və problem yaradacaq bir rəqib görmürük. İqbal Ağazadənin belə hərəkət etməsi hesab edirəm ki, gələcəkdə öz məğlubiyyətinin ört-basdır etməkdən bir şey deyil”.

İnterpress.az