Bu barədə “112 Ukrayna” telekanalı ölkənin Təhlüksəizlik xidmətində olan mənbəyə istinadən məlumat yayıb.
“Ukrainskaya pravda”nın məlumatına görə, Qorbaçovun beş il müddətində ölkəyə girişi qadağan edilib.
Mayda sabiq sovet lideri Britaniyanın “The Sunday Times” qəzetinə verdiyi müsahibəsində Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyib. Onun sözlərinə görə, prezdient Vladimir Putinin yerində olduğu təqdirdə o, özü də belə hərəkət edərdi.
Bundan sonra Kiyev, 85 yaşlı Qorbaçovun ölkəyə və Avropaya girişini qadağan etmək niyyətini bildirib. Bu təşəbbüsü şərh edərkən SSRİ-nin sabiq prezidenti Ukrayanaya getmədiyini və bundan sonra da getməyəcəyini bildirib. ( oxu.az )
İnterpress.az