Ən qanlı terror aktı Bağdaddan 25 kilometr şimalda yerləşən Tarmiya şəhərində baş verib. Axtarış aparılan evdə minanın işə düşməsi nəticəsində güc strukturlarının 5 əməkdaşı ölüb, daha üçü isə yaralanıb.
Digər terror aktı Bağdadın cənubunda Əbu Dişər rayonunda törədilib. Partlayış zamanı 3 nəfər dünyasını dünyasını dəyişib, daha on nəfər yaralanıb.
Daha iki partlayış isə Bağdadın şimalında Səba əl-Bir və Mişad rayonlarında həyata keçirilib. Hücumlar dörd nəfərin həyatına son qoyub, 16 nəfər isə yaralanıb. ( oxu.az )
İnterpress.az