Bunu jurnalistlərə açıqlamasında Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının rəhbəri, general Frederik Ben Hodces deyib.
General Frederik Ben Hodces vurğulayıb ki, Azərbaycan Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlara dəstək verir: “Bu fakt artıq onun əyani sübutudur ki, Azərbaycan məhz gücləndirilmiş təhlükəsizlik və sabitliyə çox böyük maraq göstərir. ABŞ və Azərbaycan hərbi sahədə uzun illərdir tərəfdaş kimi fəaliyyət göstəriblər. Bizim hərbçilərimiz Əfqanıstanda çiyin-çiyinə qulluq ediblər. Buna görə Azərbaycana təşəkkürümü bildirmək istəyirəm”.
General vurğulayıb ki, Azərbaycanla gələcək əməkdaşlığın prespektivləri də müzakirə edilib: “Gürcüstanda “Noble Partner” adlı təlimlər keçirilib. Gələn il keçiriləcək təlimlərə Azərbaycan hərbçilərinin də cəlb edilməsi ilə bağlı müzakirələr aparılıb.
Müzakirələr zamanı Azərbaycanı hərbi sahədə təmsil edən şəxslərə bildirib ki, dəvət gələcəyi təqdirdə, ABŞ hərbçiləri Azərbaycana gəlib, birgə təlimlərdə iştirak də bilər. Biz də istəyirik ki, bizim hərbçilər Azərbaycana gəlib təlim keçsinlər və bu bölgəyə xas olan təcrübəni qazana bilsinlər”.
Azərbaycana səfərinin məqsədi barədə danışan ABŞ generalı bəzi məqamlara aydınlıq gətirib.
O, bildirib ki, səfərinin məqsədlərindən biri Azərbaycanın yüksək çinli hərbçiləri ilə bilavasitə şəxsi əlaqələr yaratmaqdır. (modern.az)
İnterpress.az