ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin iki qırıcısı McDonnel Douglas F/A-18 Hornet Şimal Karolina sahilində qəza keçirib.
Məlumata görə, okeana düşən təyyarələrin pilotları vaxtında katapult edərək xilas ola biliblər.
McDonnel Douglas F/A-18 – 1970-ci illərdə hazırlanmış Amerika qırıcı-bombardmançısı və hücumçu təyyarəsidir. McDonnel Douglas F/A-18 bu gün ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin əsas döyüş təyyarəsi sayılır.
Bu təyyarələr bir sıra Avropa və Asiya ölkələrinin hava qüvvələrində yer alır. Hərbi təyyarələr Liviya, İraq və Yuqoslaviya da hərbi əməliyyatlarda tətbiq edilib.(modern.az)
İnterpress.az