Gülər Əhmədova YAP-ı yaş yudu, quru sərdibackend

Gülər Əhmədova YAP-ı yaş yudu, quru sərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Gülər xanımla danışıqlarımız davam edir. Onun bizim partiyaya üzv olmağa meyli var. O, dövlətə, dövlətçiliyə sadiq adam olub. Təəssüf ki, sonradan onu ləkələmək istədilər, qarayaxmaların qurbanı oldu”.

Bu fikirləri ölkə.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçmiş deputat Gülər Əhmədovanın onun rəhbərlik etdiyi siyasi təşkilata üzv olacağı haqda yayılan informasiyalara münasibət bildirərkən söyləyib. H.Hacıyev bildirib ki, G.Əhmədovanın onun partiyasına üzv olmasında maraqlıdır:

“İstədilər kiminsə üzünə dursun, Gülər Əhmədova da durmadı və nəticədə həbs edildi. O cəmiyyətdə sıradan insan deyil, sözünü deyən siyasətçilərdən olub. Partiyasında da ona qarşı qərəz olub. Ancaq biz istərdik ki, o bizim partiyanın üzvü olsun. Hələlik hansı postu tutacağı bəlli deyil. Bu, Siyasi Şuranın və İdarə Heyətinin qərarından asılı olacaq”.

Xatırladaq ki, G.Əhmədova bir müddət öncə mətbuata açıqlamasında siyasətdən getdiyini bildirmişdi.

G.Əhmədova isə moderator.az saytına açıqlamasında H.Hacıyevlə görüşün baş tutduğunu təsdiqləyib: “Bəli, mənə belə bir təklif gəlib. Söhbət etmişik. Heç bir qərar verməmişəm. Düşünürəm hələ. Mən siyasətə Əliyevçi olaraq gəlmişəm. Ən çətin dövrlərdə belə əqidəmi dəyişmədim. Lakin mənim ən çətin anımda bəzi partiyadaşlarım əllərindən gələn hər şeyi etdilər ki, məni əqidəmdən döndərsinlər. Zaman göstərdi ki, onlar səhv addım atdılar, ən çox dəstəyə ehtiyacım olduğu bir dövrdə məni meydanda tək buraxdılar. Bilmədikləri-bildikləri hər mövzuda danışdılar, hətta tənqidlə təhqiri də səhv salanlar oldu. Allahın bir görkü idi ki, Eldar Mahmudov olayına qarışanların içərisində YAP -ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri belə çıxdı.

Məni bir anın içində az qala ”xalq düşməni\” elan edənlər YAP-ın bu qədər yüksək çinli funksionerinin belə bir çetenin içərisində olduğundan qətiyyən “əsəbləşmədilər”, onun ünvanına güldən ağır bir kəlmə işlətmədilər. Bu məni də bir çoxları kimi təəccübləndirdi. Açığı, bunu müxtəlif cür yozanlar oldu Gülər Əhmədova 8 yaşlı oğlunun ad günündə həbs olundu, bütün ailə üzvləri işdən çıxarıldı, kiçik oğlumdan başqa bütün ailə üzvləri şantaj olundu. Dövlət rəsmisinə qarşı şər atmadığım üçün başıma olmazın oyunlar gətirdilər. Böyük müsibətlər yaşadıq. Ölümümə belə razı idim. Amma nə heç kimə şər atmadım, nə də şantaja baş əymədim. Əqidəmi ailəmin və özümün ən müsibətli günündə dəyişmədim. Əvəzində, bəzi partiyadaşlarım məni tez – tələsik partiyadan uzaqlaşdırmaq üçün əllərindən gələni etdilər. Mənim partiya biletimi ala bildilər. Gücləri buna çatdı. Əqidəmi inşallah, həyatımla birgə Allahıma təslim edəcəyəm.

O ki qaldı cənab Hafiz Haciyevə, o mənim təcrübəmi və şəxsi xüsusiyyətlərimi, iş qabiliyyətimi yüksək qiymətləndirərək haqqımda gözəl sözlər işlədib. Məni Heydər Əliyev siyasətinin parlaq siması adlandırıb. Bu sözlərə görə ona təşəkkürümü bildirirəm\”.

“Yeni Müsavat”a açıqlamasında isə G.Əhmədova mövzu ilə bağlı artıq danışdığını, hazırda isə ailə üzvlərindən birinin səhhəti ilə maraqlandığı üçün başının qarışıq olduğunu dedi.

İnterpress.az