Bakıda orta məktəbdə şagirdlər arasında kütləvi dava olubbackend

Bakıda orta məktəbdə şagirdlər arasında kütləvi dava olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 106 saylı orta məktəbin həyətində qeydə alınıb. Şagirdlər – 1999-cu il təvəllüdlü Elşən Cəsarət oğlu Hüseynov, 1999-cu il təvəllüdlü Nicat Nizami oğlu Əliyusifov, 1999-cu il təvəllüdlü Elşad Oruc oğlu Əliyev və onun qardaşı, 2001-ci il təvəllüdlü Tacir Əliyev arasında baş verən dava zamanı E. Hüseynov xəsarət alıb. E. Hüseynov bununla bağlı polisə şikayət edib.

Hazırda Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi hadisə ilə bağlı araşdırma aparır.

İnterpress.az