“Erməni tərəfi həm strateji, həm də çox vacib yüksəklikləri itirib və onuları geri qaytarmaq lazımdır”.
Bu sözləri general-mayor Arkadi Ter-Tadevosyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi həmin yüksəkliklərin itirilməməsi üçün vacib olanları edə bilməyib:
“İndi bunu gizlətmək və o yüksəkliklərin strateji əhəmiyyətli olmadığını iddia etmək lazım deyil.
Onlar bizim üçün çox strateji əhəmiyyətli yüksəkliklər idi. Bu saat həmin mövqeləri geri qaytarmaq haqqında fikirləşmək lazımdır ki, Talış, Mardakert, Madagis kimi yaşayış məntəqələrinin mülki sakinləri rahat nəfəs ala bilsinlər”.
İtirlən mövqelərin geri alınması yollanına gəlincə, Arkadi Ter-Tadevosyan Ermənistan rəhbərliyindən, orduya komandanlıq edənlərdən təcili olaraq bu haqda düşünməyi tələb edib.
“Biz çox şey itirmişik və həmin yüksəkliklər üzündən indi də itirməkdə davam edirik. Hazırda Talış kəndində yaşayış yoxdur, Qarabağın ən iri şəhərlərindən olan Mardakert atəş altında saxlanılır. Ona göə də itirdiyimiz mövqelər geri qaytarılmalıdır ki, mülki sakinlər sakit həyat tərzinə qayıda bilsinlər”, deyə erməni general ölkə rəhbərliyinə səslənib.
Xatırladaq ki, aprelin 2-5 tarixlərində davam edən şiddətli döyüşlər zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurub, Cəbrayıl istiqamətindəki strateji əhəmiyyətli Lələtəpə, Goranboy-Tərtər istiqamətindəki Talış yüksəkliklərini düşməndən azad edib.(modern.az)
İnterpress.az