Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən verilən məlumatda bildirilib.
2 yaşlı körpəni cərəyan vuraraq öldürüb. Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində yaşayan kənd sakini 2014-cü il təvəllüdlü Dəniz Beyrək qızı Qasımova evlərində valideyn nəzarətindən yayınaraq \”razetka\”ya mismar salıb və onu cərəyən vurub.
Yüksək gərginlikli elektrik cərəyanına məruz qalan körpə dünyasını dəyişib. Məlumata görə, Dəniz Qasımova ailənin tək övladı imiş və valideynlərinin birgə nikahından uzun illər sonra dünyaya gəlibmiş.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Bənzər hadisə bundan əvvəl bir neçə dəfə baş verib.
Ötən ilin sentyabr ayında Sumqayıtda 2010-cu il təvəllüdlü Şahmuradov Murad Vüqar oğlu yüksək gərginlikli elektrik şitinin qapısı açıq olduğundan içəriyə daxil olub. O, elektrik cərəyanı vurması nəticəsində vəfat edib. FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Onlar şitin içərisinə daxil olub M.Şahmuradovun cəsədini çıxarıblar.
İnterpress.az