Yenicə ana olan Qəbələ sakini Həşimova Günayın sevinci göz yaşları ilə əvəz olub.
Belə ki, onun dünyaya gətirdiyi övladı Şəki Regional Perinatal Mərkəzində vəfat edib.
Bu, həftə ərzində rayonda baş verən ikinci belə haldır. Ailə uşağın ölümündə həkimləri günahlandırır. Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəstə mərkəzə gətirildikdə vəziyyəti ağır olub və yalnız ananı xilas etmək mümkün olub.
Xatırladaq ki, bir həftə öncə şəhər regional perinatal mərkəzində daha bir körpə də həyatını itirib.
Şəki sakini Allahverdiyeva Azadə Ramiz qızının ilk övladı vəfat edib. (regiontv)
İnterpress.az