Ağdam Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, Tərtər rayonunda məskunlaşan Ağdam sakinləri, 1983-cü il təvəllüdlü Bayramov İsmət Rza oğlu, onun ailə üzvləri – 1994-cü il təvəllüdlü Bayramova Məhbubə Sədi qızı, 1999-cu il təvəllüdlü Bayramov Dünyamin Rəşid oğlu, 2004-cü il təvəllüdlü Bayramov Toğrul Səməd oğlu və 2012-ci il təvəllüdlü Bayramova Yağmur İsmət qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin yaxınları APA-ya ailə üzvlərinin hamısının bu gün həyətdə yetişən gilas yediklərini və bundan sonra zəhərləndiklərini bildiriblər. (apa)
İnterpress.az