Interpress.az Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, Sülh küçəsində şəhər sakini İnqilab İbrahimov idarə etdiyi 50- AE- 322 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən həmyerlisi 1924-cü il təvəllüdlü İmamverdi Vəliyevi vurub.
Ağır bədən xəsarətləri alan kişi dərhal ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. İ.Vəliyev orada keçinib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Piyadanın ölümü ilə bağlı sonuncu fakt Saatlı rayonunda baş verib. Rayonun Qıraqlı kəndində Bakı şəhər sakini Coşqun Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı şəhər sakini, 1975-ci il təvəllüdlü Pərvanə İbrahim qızı Həsənovanı vurub. Ağır bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Interpress.az