Bunu Respublika Seysmoloji Xidmət Mərkəzi mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
Onun sözlərinə görə, bununla bağlı ötən gün Almaniya Geoelmlər üzrə Araşdırma Mərkəzinin əməkdaşları ilə görüş keçirilib.
“Bakının bəzi yerləri 6, bəzi yerləri isə 7 ballıq zəlzələyə davamlıdır. Layihənin iki il müddətində keçirilməsi nəzərdə tutulub. Dünən bununla bağlı danışıqlar oldu. Layihədə Respublika Seysmoloji Xidmət Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, ARDNŞ iştirak edəcək. İlk olaraq Bakıda binaların sıx yerləşdiyi ərazilərin seysmikliyi yoxlanılacaq. Bu layihə bütün Azərbaycan üçün nəzərdə tutulub. Amma ilkin olaraq Bakı şəhəri yoxlanılacaq. Qiymətləndirilmə aparılandan sonra Bakının seysmik risk xəritəsi qurulacaq”.
Fövqaladə Hallar Nazirliyinin təhvil almadığı, reysterdən keçməyən binlara gəlincə, V. Rafiqqızı bildirib ki, istənilən halda bütün binalar yoxlanılacaq. Onun sözlərinə görə, reysterdən keçməyən binalarda hansı problemlərin olmasından asılı olaraq adekvat tədbirlər görüləcək.(asvision)
Interpress.az