“Jurnalistlərin həbs təhlükəsi azala bilər”backend

“Jurnalistlərin həbs təhlükəsi azala bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Xədicə İsmayılın azadlığa çıxması həbsdəki digər jurnalsitlərin də azad ediləcəyi ilə bağlı gözləntiyə yol açmaqda, yaxın gələcəkdə media əməkdaşlarına yönəlik təzyiq və həbs təhlükəsinin azala biləcəyi ilə bağlı ümidlərə vəsilə olmaqdadır.

Maraqlıdır, X.İsmayılın azadlığı media əməkdaşlarına qarşı münasibətdə əsaslı dönüşün başlanğıcı hesab edilə bilərmi? Ümid etmək olarmı ki, gələcəkdə media mənsublarının həbs təhlükəsi azalacaq və bu sahədə mövcud vəziyyət müsbət mənada indikindən fərqlənəcək?

Məsələ ilə bağlı açıqlama verən fəaliyyətini dayandıran “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru, media eksperti Elçin Şıxlı jurnalistlərin həbs təhlükəsinin azalacağına ümid etdiyini vurğuladı:
“X.İsmayılın azad edilməsi bütövlükdə müsbət bir tendensiyadır. Hesab edirəm ki, artıq gerçəkliyin nədən ibarət olduğu başa düşülür. Hesab edirəm ki, bundan sonra da bu istiqamətdə bir sıra addımlar atılacaq. Çünki bu gün də məhbəsdə həmkarlarımız var. Düşünürəm ki, bu gedişlə onlar da azadlığa çıxacaq.
Zənnimcə, yaxın gələcəkdə həqiqətən də jurnalistlərin həbs təhlükəsi azala bilər. Çünki müsbət tendensiya formalaşandan sonra bu təhlükənin azalması tamamilə mümkün və real olacaq”. (moderator.az)

İnterpress.az