Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir neçə vəsatətlə çıxış ediblər.
Rəşad Məmmədovun vəkili Akif Əlizadə hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində 4 uşağın və onlardan 3-nün azyaşlı olduğunu və zərərçəkmişlərə dəymiş ziyanın ödənildiyini bildirərək, onun ev dustaqlığına buraxılmasını istəyib.
İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Vəkil bildirib ki, İ.İsfəndiyarovun himayəsində 1 azyaşlı övladı var. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə zamanı şüşə qəfəs arxasından çıxarılması ilə bağlı vəsatət qaldırıb.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməsi üçün heç bir əsasın olmadığını bildirib.
Hakim həbs-qətimkan təsbirinin ev dustaqlığı ilə əvəz olunması və işin məhkəmə baxışına göndərilməsi ilə bağlı qaldırılan vəsatətlərə baxılması üçün müşavirəyə gedib.
Müaşvirədən sonra vəsatələrdən biri – işin məhkəmə baxışına göndərilməsi təmin edilib.
Məhkəmə baxışı iyunun 2-nə təyin edilib.
Xatırladaq ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.
Onlar dələduzluqda təqsurləndirilərək, barələrində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar. (musavat)
İnterpress.az