Erməni mənbələrinə istinadən xəbər verir ki, hakim Respublikaçılar partiyasının parlament fraksiyasının rəhbəri Vəhram Baqdasaryan jurnalistlər qarşısında əvvəlcə həmin 800 hektar ərazinin “səhralıqdan ibarət olduğunu və heç nəyə yaramadığını” deyib.
Lakin onun sözləri kəskin reaksiyalarla qarşılaşandan sonra deputat sözlərini başqa səmtə yozub. Deyib ki, həmin ərazilərin “səhralıq və heç nə yaramayan” olduğunu deməklə Azərbaycanın əldə etdiyi nəticələrlə qürrələnməməsinə çalışırdı.
Ermənistan Milli Məclisinin rəhbəri Qalust Saakyan isə deyib ki, jurnalistlər Baghdasaryanın sözlərini yanlış anlayıblar. \”Düşünürəm ki, onun sözləri səhb anlaşılıb. Təbii ki, bizim üçün torpaq itirmək ağırdır və Baghdasaryan məhz bu aspektdə danışıb,\” deyə Saakyan bildirib.
Bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Vyana görüşündən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verərkən Erməistan tərəfinin itirdiyi 800 hektar ərazidən danışarkən belə demişdi: \”Bu 800 hektara görə daha 35-40, yaxud 80 vətənpərvər oğlanı qurban verməyə dəyərdimi? Onlar hələ bizə lazım olacaqlar\”
Həmin müsahibədən sonra fraksiya sədri Vahram Baqdasaryan bu mövqeyi müdafiə edərək bildirmişdi ki, əhəmiyyətsiz ərazilərə görə yeni qurbanlar verməyə dəyməz. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi aprel döyüşləri zamanı işğaldan azad edilən ərazilərin heç də 800 hektar deyil, 2000 hektar olduğunu açıqlayıb.
İnterpress.az