Ağcabədi və Tərtərdə dörd partlamamış hərbi sursat aşkarlanıbbackend

Ağcabədi və Tərtərdə dörd partlamamış hərbi sursat aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 27-də Tərtər, Füzuli və Ağcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatında bildirilir.

Bundan əlavə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.

Məlumata əsasən, mayın 27-də 3 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 23 partlayış yerinə baxış keçirilib, gün ərzində 41 175 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 27 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 531 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 464 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

İnterpress.az