Bu gecə Lerik rayonunun Veri kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir.
Məlumata görə, gecə saatlarında 72 yaşlı Əbil İsiyevin evinə gələn qohum və qonşulardan ibarət dəstə üzvləri onu baltaladıqdan sonra oğlu, 37 yaşlı Rafael İsiyevin qulaqlarını kəsib. Ata və oğlunu döydükdən sonra onlar 37 yaşlı kişinin qulaqlarını elə ailə üzvlərinin gözü qarşısında balta ilə tamamilə kəsiblər.
Səhər saatlarında ata və oğlu təcili tibbi yardım maşını iləı Lənkəran şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı 72 yaşlı kişinin həyatı üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib və Əbil İsiyev ambulator müalicəyə yazılıb. Onun oğlu isə xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, R.İsiyev xeyli qan itirib və onun qulaqlarını yerinə tikmək mümkün deyil. Bərpaolunma prosesindən sonra R.İsiyevə ixtisaslaşmış xəstəxanalardan birində protez qulaq qoymaq mümkün olacaq.
Məlumata görə, hazırda Lerikin Veri kəndində istintaq və əməliyyat-axtarış qrupları işləyir. Hadisəni törədən şəxslərin kimliyi gün ərzində dəqiqləşdiriləcək və məsuliyyətə cəlb olunacaqlar. (lent.az)
***
Məlumata görə, hadisə otlaq sahələri üstündə gedən münaqişə zəmnində baş verib.
Hadisə bu gecə saat 4 radələrində qeydə alınıb. H.İsayevin yaşadığı evə 5 nəfər qonşu hücum edib.
Kütləvi dava zamanı iki nəfər ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir.Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lənkəran RMX-dan bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: \”Xəstələrdən biri baş, ayaq və bədinin müxtəlif nayihələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib\”.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. ( report.az )
İnterpress.az