390 kiloqramlıq ştanq idmançının üstünə DÜŞDÜ – VİDEObackend

390 kiloqramlıq ştanq idmançının üstünə DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orenburqda 390 kiloqramlıq ştanq idmançını əzib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Rusiyanın Orenburq şəhərində 390 kiloqramlıq ştanq idmançının üstünə düşərək onu əzib.

Kişi peşəkar Bench Press (uzanıb ağırlıqqaldırma) liqasına gəlib, Burada müxtəlif şəhərlərdən olan iştirakçılar uzanaraq nə qədər ağırlıq qaldıra bildiklərini göstəriblər.

İdmançı ştanqı aşağı salsa da, təkrar qaldıra bilməyib. Sanki kişinin sinəsinə ağır bir mərmi düşüb və güclü gurultu səsi eşidilib.

Yoldaşları dərhal köməyə gəliblər və baş verə biləcək faciənin qarşısını alıblar.

Xuraman Etibarlı

İnterpress.az