İkimərtəbəli elektrik qatarlar gətirildibackend

İkimərtəbəli elektrik qatarlar gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun İnterpress.az-a verdiyi məlumata görə, bu günlərdə “Stadler Rail Group” şirkətinin \”Stadler Minsk\” zavodunda istehsal olunmuş KİSS markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib. Bu, artıq ölkəmizə gətirilən sayca beşinci qatardır.
“Stadler Rail Group” şirkətinin \”Stadler Minsk\” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi 2015-ci ilin mayın 30-da, ikincisi isə isə mayın 31-də, üçüncüsü isə avqustun 20 -də Bakı sərnişin stansiyasına gətirilib.
Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.
Gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.
Dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə «ADY» QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılırdı. 13 may 2015-ci ildə Bakıda keçirilən \”2015 TransCaspian\” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb.

İnterpress.az