Hamilə aktrisanın qanının dadına baxan qatil – Hələ də sağdır…backend

Hamilə aktrisanın qanının dadına baxan qatil – Hələ də sağdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözlər 9 adamın qatili olan Çarlz Mensona aiddir. Manson ABŞ tarixinin ən məşhur silsilə qatillərindən biri olub. Baxmayaraq ki, digərlərinə nisbətən adı cinayətdə az hallanıb, lakin Mensonun bu qədər məşhur olmasının səbəbi imzasını sensasiyalı cinayətlərə atması olub.

“Pianoçu” filminin rejissoru Roman Polanskinin (1933) arvadı ABŞ-lı aktrisa Şaron Teyt (1943-1969) cinayəti ilə adını bütün dünyaya eşitdirib.

Mensonun uşaqlıq dövrü çox da yaxşı keçməyib. İlk addımını fahişə anasının qeyri-qanuni uşağı olaraq atıb. Əmisi Mensona ətək geyindirib məktəbə göndərib və “sən də bir gün kişi olub dava etməyi bacaracaqsan” kimi nəsihətlər verib. Hələ 9 yaşı olanda oğurluğa başlayan Menson müəyyən aralıqlarla həbsxanaya düşüb, hippilərin olduğu yerlərdə gitara çalıb və heç vaxt sahib ola bilmədiyi ailəsini bu üsulla yaratmağa çalışıb. Anası bir dəfə onu bir butulka pivə ilə dəyişməyə çalışıb. Mensonun uşaqlığı tərk edilmələr, döyülmələr və cinsi istismar hadisələriylə keçib. 18 yaşı olanda həbsxanadakı dostlarından biri tərəfindən bıçaq gücü ilə təcavüzə uğrayıb.

Qarışıq həbsxana həyatı

1954-cü ildə müəyyən şərtlərlə azadlığa çıxandan sonra 1967-ci ilə qədər saxta çek vermək, qadın alverinə qədər bir çox cinayət üstündə həbs olunub. 33 yaşında sonuncu dəfə həbsxanadan çıxıb və narkoman həyatını kəşf edib. Danışığı, avara həyat tərzi və fikirləri, ətrafında özü kimi düşünənlərlə birlikdə “ailə” formalaşdıra bilib. Ətrafına yığışan dostları ilə birlikdə eyni evdə yaşayan Menson qara irqin qiyam qaldırıb bütün ağları öldürəcəyini, bu savaşda ssadəcə özünün və komandasının sağ qalacağını düşünüb. Bununla da qəbilə üzvlərinə “onsuz da cinayətlər qaraların üstündə qalacaq”, – deyərək onları təsiri altına salıb.

1969-cu il avqustun 6-da Gari Hinman adlı gənci öldürüb. 8 Avqust 1969-cu ildə Roman Polanski evdə olmayanda onun evinə kim varsa öldürmək fikri ilə girib. Həmin gün evdə Polanskinin hamilə həyat yoldaşı Şaron Teyt və evdəki digər 4 nəfər vəhşicəsinə qətlə yetirilib. Bir gündə 5 insanı öldürən Menson fəaliyyətinə bir gün fasilə verib. Avqustun 9-da Leno Labians və Rosemari Labians cütlüyünü öz evlərində öldürüblər. Sonda isə avqustun 25-də Şorti Şeanı öldürən Menson həm öz köməkdarı, həm də dostu Susan Atkinsin etirafından sonra dəstəsi ilə birlikdə ələ keçirilib.

Qətllər siyahısı

Özündən sonra dəhşətli cinayət izləri qoyan Menson və dostlarının bəzi gizli işləri həbs olmalarından sonra ortaya çıxıb. Parçalanmış cəsədlər, cəsədlərin qanını içmək… Susan Atkinsin etirafına görə, Menson Polanskinin həyat yoldaşı hamilə Şaron Teyti öldürəndən sonra əllərini onun qanına bulayaraq “Doğrudan da uçuram” deyib. Həmçinin divarlara öldürdüyü insanların qanlarıyla təhdid dolu yazılar yazıb.

Menson məşhurlaşmaq üçün cinayətləriylə Los Ancelesdə qorxu və çaxnaşma dalğası yarada bilib. 1970-ci ildə baş tutan məhkəməsi zamanı məhkəmə zalını əyləncə məkanına çevirmək istəyib və şou göstərərək münsiflər heyəti qarşısında ağlamağa çalışıb. Həbs olunandan sonra məhkəmədə alnına çəkdiyi xaç işarəsi ilə iştirak edib.

Əslində özü və dəstəsinə qaz otağında zəhərləndirilərək öldürmək cəzası verilmişdi. Lakin Kaliforniya Yüksək Məhkəməsinin edam cəzasını ləğv etməsindən sonra cəzaları ömür boyu həbs olunmaq olub.

Digər tərəfdən Mensonun bu qədər məşhurlaşmasının səbəbi öldürdüyü insanların məşhur olmasıdır. Başqalarından fərqli olaraq, inandığı mövqesi olub və dostlarını da özü ilə sürüməsi onu məşhur mədəniyyətin bir hissəsinə çevirib.

1934-cü ildə doğulan Menson hazırda da həbsxanadadır. Pərəstişkarı olan gənclər ona xeyli mesaj, məktub göndərərək ya qazanmaq, ya da nəyisə itirmək istəyirlər.

Bir ara jurnalistlərdən birinin “Böyük fanat ordunuz var və həbsdən qaçmağınızı səbirsizliklə gözləyirlər” sözlərinə “Burada yeməklər möcüzəvi dərəcədə ləzzətlidir. Özüm də kitabım və gələn məktublarımla əlləşirəm. Çox da həyəcanlanmasınlar, Amerika ilk dəfə olaraq mənə yaxşılıq edir” deyib.(admiral)

Hamilə aktrisanın qanının dadına baxan qatil - Hələ də sağdır...

Hamilə aktrisanın qanının dadına baxan qatil - Hələ də sağdır...

Hamilə aktrisanın qanının dadına baxan qatil - Hələ də sağdır...

İntrerpress.az