RİA Novosti-nin verdiyi məlumata görə, bunu Respublikçılar Partiyasının lideri, Gürcüstan parlamentinin sədri David Usupaşvili deyib.
O bildirib ki, Respublikaçılar Partiyasından olan hər iki nazir ölkələri üçün çox iş görüblər: “Bir necə gündən sonra baş nazirin razılığı əsasında onlar öz işlərini yekunlaşdıraraq partiyanın təbliğat fəaliyyətinə qoşulacaqlar. Ətraf mühit naziri Giqla Aqulaşviliyə gəldikdə isə, o başqa seçim edib və partiyadan çıxaraq hökumətdə qalıb”.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək. Artıq ölkədə seçkiqabağı kampaniya başlayıb. (virtualaz.org)
İnterpress.az