Bildirilir ki, hadisə Başqırdıstanda baş verib. Uşaq maşında olarkən avtomobil təsadüfən hərəkətə başlayıb, nəticədə yaş yarımlıq uşaq maşının altında əzilib.
İstintaq idarəsi rəhbərinin köməkçisi Svetlana Abramovanın sözlərinə görə, hadisə Yazıkovo kəndində qeydə alınıb. S.Abramov bildirib ki, uşaq maşınla divarın arasında qalıb.
Məlumata görə, balaca qız dərhal ağır xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilsə də, az sonra dünyasını dəyişib.
Hazırda hadisə ilə bağlı yoxlama keçirilir, insidentin təfərrüatları araşdırılır. (ans)
İnterpress.az