Vergi Məcəlləsində dəyişikliklər edildibackend

Vergi Məcəlləsində dəyişikliklər edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənəddə aşağıdakı məzmunda 15.1.15-2-ci maddə əlavə edilib:

“15.1.15-2. bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək;”;

Aşağıdakı məzmunda 24.0.7-1-ci maddə əlavə edilib: “24.0.7-1. Bu məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmağa, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqlarla təchiz etməyə, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etməyə;”; 165.1.3-cü maddədə “malların” sözündən sonra “ (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) ” sözləri əlavə edilib;

Aşağıdakı məzmunda 165.3-cü maddə əlavə edilib: “165.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”. 194.1-ci maddədə ikinci cümlə üçüncü cümlə hesab edilib və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”.

Bu qanunun 1.1-1.4-cü maddələri 2016-cı ilin 16 iyun tarixindən tətbiq edilir.