Bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Tovuz-Düzqışlaq avtomobil yolunda qeydə alınıb.
Hadisə yerinin yaxınlığında yerləşən istirahət mərkəzlərinin birində dincələn Eyvaz Həsənov həyat yoldaşı ilə kvadrasikla hərəkət edən zaman idarəetməni itirib və yolun kənarındakı divara çırpılıb.
Qəza nəticəsində Eyvaz Həsənov dünyasını dəyişib, həyat yoldaşı isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən 1980-ci il təvəllüdlü polis baş leytenantı Eyvaz Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlar tərəfindən araşdırma aparılır.
***
Hadisə rayonun Ağbulaq kəndi ərazisində baş verib.
Qəza zamanı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, meyit isə ekspertiza üçün Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə göndərilib.
Hadisə yerində Tovuz rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıb. ( apa )
İnterpress.az